
Belarus Prezidentindən sülh açıqlaması: "Rusiya raketləri ölkədən çıxarıla bilər"

Belarus Prezidenti Aleksandr Lukaşenko sülhün təmin edilməsi ilə bağlı danışıqlar çərçivəsində nüvə başlığı daşıya bilən Rusiya raketlərinin ölkə ərazisindən çıxarılmasını istisna etmədiyini bildirib.
O, bu barədə Fransanın "Le Point" jurnalına müsahibəsində danışıb.
Jurnalist Belarus liderindən Qərbin öz raket və nüvə silahlarını Rusiya sərhədlərinə yaxınlaşdırmamaq öhdəliyi müqabilində Rusiya raketlərinin Belarusdan çıxarılması ehtimalını soruşub.
Lukaşenko cavabında qeyd edib ki, danışıqlar prosesində hər şey mümkündür və o, belə variantları istisna etmir: "Əsas odur ki, sülh olsun. Hansı silahın haradan və hara çıxarılması isə artıq bu sülhün əsas səbəbi ola bilər. Ona görə də mən istənilən qərarın tərəfdarıyam".
O, həmçinin vurğulayıb ki, əldə olunacaq istənilən razılaşma Ukraynadakı münaqişənin həllinə, insan tələfatının dayandırılmasına və Avropada sabitliyin təmin edilməsinə xidmət etməlidir.
Şəhla Sabirli
Busaat.az























