
Polşa Ukraynaya öz ərazisindən hərbi əməliyyatlar aparmağa icazə verməyəcək

Polşa Ukraynaya digər dövlətlərə qarşı hücum xarakterli hərbi əməliyyatlar keçirmək üçün öz ərazisindən istifadə etməyə icazə verməyəcək.
Bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib.
Sikorski bu açıqlamanı Ukraynanın üçüncü dövlətlərə zərbələr endirmək üçün qonşu ölkələrin ərazilərindən istifadə etməsi ehtimalı ilə bağlı sualı cavablandırarkən səsləndirib.
O bildirib ki, Varşava hücum xarakterli əməliyyatların həyata keçirilməsi üçün Polşa ərazisini Kiyevin istifadəsinə verməyəcək.
Şəhla Sabirli
Busaat.az























