Qarabağda vəziyyətin gərginləşməsinin səbəbi Bakının ultimatumudur?

image-thumb600x0-24backend

Azərbaycan tələb edir ki, ermənilər yaxın zamanda Laçın xaricində tikilən yeni dəhlizlə hərəkət etsinlər. Bu barədə avqustun 2-də axşam saatlarında Qarabağ separatçıları bəyan verib.

Bu gün separatçıların lideri Arayik Arutyunyan siyasi qüvvələrin və yerli “deputatların” iştirakı ilə “Təhlükəsizlik Şurası”nın genişləndirilmiş iclasını çağırıb.

Mövcud vəziyyət, eləcə də Azərbaycan qoşunları ilə təmas xəttindəki gərginlik müzakirə edilib.

Separatçıların hərbi birləşmələrin komandiri Kamo Vardanyanın hesabatına görə, bir sıra rayonlarda gərginlik qalmaqdadır.

Azərbaycan tərəfi Rusiya sülhməramlıları vasitəsilə yaxın vaxtlarda Qarabağdan Ermənistana yeni marşrutla nəqliyyatın hərəkətinin təşkilini tələb edib.

Iclasda Rusiya sülhməramlılarının iştirakı ilə təhlükəsiz hərəkətin təşkili üçün atılacaq addımlar müzakirə olunub.

Belə ki, Qarabağda son iki gündə yaşanan gərginliyin nədən qaynaqlandığı bəlli olub. Azərbaycan ermənilərin istifadə edəcəyi alternativ yolun tikintisini başa çatdırır. Ona görə də ermənilər nəhayət ki, Laçın şəhərini və Zabux kəndini azad etməli, Laçın dəhlizi ilə hərəkəti dayandırmalı və yeni marşrutdan istifadə etməlidirlər.

Azərbaycan artıq öz ərazisinə asfalt yol çəkib, Ermənistan isə öz ərazisində yeni yolun (Tex-Kornidzor) hissəsinin layihələndirilməsinə yenicə başlayır.

Qeyd edək ki, Ermənistanın XİN rəhbəri ilə baş nazirinin Rusiya XİN rəhbəri və prezidenti ilə bugünkü danışıqları zamanı üçtərəfli razılaşmaların “ciddi” yerinə yetirilməsi məsələsi qaldırılıb.

Beləliklə, İrəvan Moskvadan dəstək ala bilməyib və ermənilər razılaşmaların icrasını gecikdirməkdə davam edərlərsə, o zaman Qarabağda vəziyyət ciddi şəkildə gərginləşə bilər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90