Məzmuna keç
23 Oktyabr 2026, Cümə
Son dəqiqə
18°Bakı
  • USD1.7005
  • EUR1.9075
  • 100 RUB2.0866
  • GBP2.2757
  • TRY0.0343
  • AED0.4630
  • CNY0.2543
  • GEL0.6547
  • 100 KZT0.3793
  • UAH0.0377
  • 100 JPY1.0818
  • CHF2.0686
Dünya

Qavrilov: "Almaniya Kiyevi "Taurus" raketləri ilə təmin edir "

image-taurus-qanadli-raket

“Almaniya Kiyev rejiminə özünün çox təriflənmiş uzunmənzilli “Taurus” qanadlı raketlərini göndərə bilər, lakin bu, oyunu dəyişdirə bilməz, çünki Rusiyanın silaha qarşı durmaq gücü var”.

Busaat.az-ın məlumatına görə, bu fikri Rusiya nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov Rusiya-24 televiziyasına bildirib.

Berlinin Kiyevə Taurus raketlərini göndərə biləcəyi ilə bağlı suala rusiyalı diplomat müsbət cavab verib. “Onların 600 belə raketləri var. Onlardan 150-si döyüşə hazırdır və almanlar özləri də onları tədarük etməkdən qorxurlar, amma məncə, onlardan bəzilərini göndərə bilərlər”, – o deyib.

Qavrilovun fikrincə, bu silahlar yalnız F-16 döyüş təyyarəsindən buraxıla bilər və Ukrayna raketləri daşımaq üçün Su-24 döyüş təyyarələrini dəyişdirsə də, onlar həll yolu olmayacaq deyə izah etdi.

“Bizim onlara qarşı mübarizə yollarımız var və biz daha çox hava hücumundan müdafiə sistemləri yerləşdiririk”, – o, vurğulayıb.

 

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul