Qazaxda evə basqın zamanı xəsarət alanların müalicəsi davam edir

image-16jpg-1750173002backend

16.06.2025-ci il tarixində saat 01:30 radələrində xəsarət alan 2 nəfər Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə hospitalizasiya olunub.

Busaat.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, onlardan 1979-cu il təvəllüdlü şəxsə (kişi cinsli) qarının ön divarının kəsilmiş-deşilmiş yarası və başın saçlı dəri nahiyəsinin kəsilmiş yarası diaqnozu təyin olunub və əməliyyat edilib. Vəziyyəti orta ağır qiymətləndirilir. Müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.

1985-ci il təvəllüdlü şəxs isə (qadın cinsli) başın tüklü hissəsinin açıq yarası diaqnozu ilə hospitalizasiya edilib və zəruri tibbi xidmət göatərildikdən sonra ambulator müalicəyə buraxılıb.

Xatırladaq ki, iyunun 16-da gecə saatlarında Qazax rayonunun Qazaxbəyli kəndində yerləşən fərdi yaşayış evinə naməlum şəxs daxil olaraq ev sahibindən hədə-qorxu ilə pul tələb edib. O, istəyinə nail ola bilmədikdə ev sahibinə kəsici-deşici alətlə, həyat yoldaşına isə küt alətlə xəsarət yetirərək hadisə yerindən qaçıb. Cinayət əməlini törətməkdə şübhəli bilinən 64 yaşlı Ələddin Nazarov müəyyən olunaraq saxlanılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki