“Qazaxın işğal altındakı kəndləri bu tarixdə Azərbaycana qaytarılacaq” – Ərdoğan

“Qazaxın işğal altındakı kəndləri bu tarixdə Azərbaycana qaytarılacaq” – Ərdoğanbackend

“Razılaşmaya əsasən, bu günədək azad edilməyən torpaqlar, Qarabağın geri qalanı Azərbaycana qaytarılacaq”.

Busaat.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin iclasında bildirib.

“Anlaşmaya əsasən, Ermənistan Kəlbəcəri 15 noyabra, Ağdam və Qazaxın işğal altındakı hissələrini 20 noyabra, Laçını isə 1 dekabra qədər boşaldacaq. Bütün bu ərazilər Azərbaycana qaytarılacaq”, – deyə Ərdoğan vurğulayıb.

Türkiyə dövlət başçısı həmçinin qeyd edib ki, Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsi təmin ediləcək və bu məqsədlə bir yol inşa olunacaq. Eyni zamanda Ermənistanla Xankəndi arasında da bir nəqliyyat dəhlizi açılacaq. İşğal nəticəsində torpaqlarından çıxarılan azərbaycanlılar BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının müşahidəsi altında torpaqlarına dönəcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki