“Qazprom” “Sibirin Gücü” boru kəməri ilə Çinə gündəlik qaz tədarükü üzrə yeni tarixi rekorda imza atıb.
Busaat.az bu barədə TASS-a istinadən xəbər verir.
“Dekabrın “Qazprom” bütün tələb olunan həcmləri çatdırdı və Çinə gündəlik qaz tədarükü üzrə yeni tarixi rekorda imza atdı”, – məlumatda deyilir.
Şirkət bildirib ki, tədarük Qazprom və CNPC arasında ikitərəfli uzunmüddətli qaz alqı-satqısı müqaviləsi əsasında həyata keçirilir.
Qeyd edək ki, 2022-ci ilin sonunda Rusiya “Sibirin Gücü” qaz kəməri ilə Çinə 15,5 milyard kubmetr qaz ixrac edib. Rusiya qazının bu kəmərlə Çinə tədarükünün 2023-cü il üçün planlaşdırılan 22 milyard kubmetr səviyyəsindən çox olacağı proqnozlaşdırılır.
Busaat.az