Azərbaycanın 30 illik həsrətə son qoyaraq işğal altında olan bütün torpaqlarını azad etməsi, müharibənin Ermənistanın hərbi kapitulyasiyası ilə bitməsi şərəfinə ölkənin hər yerində olduğu kimi Bakıda da izdihamlı yürüşlər keçirilib. Belə şənliklərdən birində polis əməkdaşının öz sevincini vətəndaşlarla bölüşməsi diqqət çəkib.
Busaat.az xəbər verir ki, görüntülərdə paytaxtda Azərbaycan bayraqları ilə sevinclərini bölüşərək oynayan gənclərə yaxınlaşan polisin hərbi salam verərək onları qucaqlaması yer alıb. Bu video sosial şəbəkələrdə geniş yayılıb və hər kəs polisin mülki şəxslərlə qucaqlaşaraq qələbə bayramını qeyd etməsini təqdir edib.