“Qərb ölkələrinin əsas məqsədi Putini istefaya göndərməkdir“ – Azər Niftiyev

image-azer1backend

“Ukraynada hərbi dağıntılar baş verməkdədir. Rusiya demək olar ki, Ukraynanın əksər şəhərlərini hərbi müqavimət ilə üz-üzə qoyur. Təbii ki baş verənlərin Azərbaycana təsiri qaçınılmazdır. Siyasi baxımdan çox böyük ciddi təsir olmayacaq, çünki Azərbaycan balanslaşdırılmış xarici siyasət yürüdür. Ölkəmiz həm Ukrayna, həm də Rusiya ilə normal siyasətlərə malikdir.”

Bu sözləri Busaat.az-a açıqlamasında jurnalist Azər Niftiyev bildirib.‘ Geosiyasi anlamda Türkiyə ilə birgə hərəkət edirik. Azərbaycanın və Türkiyənin Ukrayna münaqişəsində birgə apardığı xarici siyasət məntiqə və reallığa uyğundur.

Siyasi təsiri olmasa da, iqtisadi təsiri olacaq, çünki bu gün milyonlarla azərbaycanlı Rusiyada yaşayır və orada fəaliyyət göstərir. Rus rublunun surətlə ucuzlaşması onların da vəziyyətini ağırlaşdıracaq. Eyni zamanda , Rusiya Azərbaycanın qeyri-neft sektoru üzrə ən böyük idxal ölkəsidir, və bu baxımdan da təbii ki bəzi problemlərlə üzləşəcəyik.

İnaniram ki, qısa müddət sonra bu məsələləri diplomatik masaya daşımaq mümkün olacaq, ondan sonra Rusiyaya qarşı müəyyən sanksiya yumşalmalarına başlanılacaq. Düşünürəm ki, bu sanksiya məsələsini birdəfəlik həyata keçirməyəcəklər, çünki Qərb ölkələrinin əsas məqsədi Rusiya vətəndaşlarını daxildən etirazlara təşviq etmək və Putini bu yolla istefaya göndərməkdir.

İstənilən halda regiona, hansı ki bura Azərbaycan da daxildir, yeni mərhələ gəlir, hadisələr surətlə davam edir. Bundan sonra artıq biz əvvəlki dünyanı müşahidə etməyəcəyik. “

Busaat.az 

Sərvinaz Hacalıyeva

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90