“Qərbdən əlini üzən Ermənistan ümidini nasist və terrorçulara bağlayır”- Deputat

“Qərbdən əlini üzən Ermənistan ümidini nasist və terrorçulara bağlayır”- Deputatbackend

Ötən gün Bundestaqda təmsil olunan nasist “Almaniya üçün alternativ” Partiyasının (AfD) üzvləri – Şteffen Kotre, Andreas Kalbitz və Andreas Qalao Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazilərinə qanunsuz səfər ediblər. Almaniyada olduqca mənfi imicə sahib olan bu partiya irqçi, islamafob, antisemit və ksenofob tendensiyaları ilə tanınır və aktiv şəkildə neonasist təşkilatları ilə əməkdaşlıq edir, bu partiyanın nümayəndələri demokratik cəmiyyətlərdə arzuolunmaz şəxslər hesab edilirlər. 

Busaat.az xəbər verir ki, partiyanın əsas mövzuları Almaniyanı “islamlaşmaqdan xilas etmək”, inteqrasiya olunmayan miqrantları sıxışdırmaqdan ibarətdir. AfD ölkədə məscidlərin inşasına vəsaitin ayrılmamasını, hicabın qadağan olunmasını, məktəblərdə islam dərslərinin alman dilində tədrisini tələbi ilə çıxış edən partiyadır. Belə görünür ki, cəbhədə ciddi məğlubiyyətlə üzləşən Ermənistanın Qərbin ciddi siyasi qüvvələrindən dəstək almaq cəhdlərinin nəticəsiz qalmasından sonra ümidini bu cür qüvvələrin dəstəyinə bağlayıb. Paşinyan və komandası Sorosla bağlı olsalar da, Avropadan istədikləri dəstəyi ala bilməyiblər. Digər tərəfdən, Azərbaycan diplomatik cəbhədə apardığı çox uğurlu siyasət də onların qarşısında maneədir.

Alman nasistlərinin Dağlıq Qarabağa gəlişi bir daha göstərir ki, bu gün Ermənistan və işğal olunmuş ərazilərdə qurulmuş rejim nasist-faşist ideologiyasının daşıyıcıları və terrorçularla əlbirdir. Suriya və Livandan PPK, YPG terror dəstələrinin üzvlərini muzdlu kimi bölgəyə gətirən Ermənistan, Avropada nasist ideologiya daşıyıcılarının dəstəyinə ümid edir.

Millət vəkili Arzu Nağıyev hesab edir ki, ermənilər həmişəki kimi öz xislətlərindən əl çəkmirlər. Onlar bütün millətçiləri, faşizmi təbliğ edən, islama münasibətləri mənfi olan bütün partiyaların üzvlərinin, həmçinin terrorizmi, quldurluğu dəstəkləyən şəxsləri Dağlıq Qarabağ ərazisinə yığmaqla məşğuldurlar: “Onların məramı, məqsədi yenə də öz fikirlərini, ideyalarını yaymaqdır ki, guya hər bir millət öz müqəddaratını həll etməlidir. Bunların hamısı cəfəngiyyatdır. Ermənilər bu üsuldan ömür boyu istifadə ediblər və yenə də istifadə edirlər. Burada söhbət milltəçilikdən, faşizm ideyalarının təbliğindən gedir. Bu şəxslərin hansı partiyaya mənsub olmalarından asılı olmayaraq, hamısına birmənalı şəkildə sərhədi pozmaları ilə bağlı cinayət işləri qaldırılacaq”, – millət vəkili saytımıza açıqlamasında bildirib.

A.Nağıyev vurğulayıb ki, Yerevanın mərkəzində faşist cəlladı Qaregin Njdeyə heykəl qoyan Ermənistanın faşizmə rəğbət bəsləyən “Almaniya üçün alternativ” partiyasının nümayəndələrini işğal olunmuş Qarabağa dəvət etməsi bu ölkənin xisləti üçün təbii bir hal kimi görünür: “Qaregin Njdeye heykəl qoyan, faşizm ideyalarını təbliğ edən dinc əhalini yatdığı yerdə vuran millətin belə də dostları, tərəfdaşları olmalı idi. Düşünürəm ki, ATƏT-in Minsk qrupunun həmsədrləri öz fikirlərini bu istiqamətə də yönəltsələr yaxşı olar. Yəqin ki, Almaniyaya Azərbaycan tərəfindən nota təqdim olunub və ya olunacaq”.

“Qafqazinfo”

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki