Məzmuna keç
23 Oktyabr 2026, Cümə
Son dəqiqə
17°Bakı
  • USD1.7005
  • EUR1.9075
  • 100 RUB2.0866
  • GBP2.2757
  • TRY0.0343
  • AED0.4630
  • CNY0.2543
  • GEL0.6547
  • 100 KZT0.3793
  • UAH0.0377
  • 100 JPY1.0818
  • CHF2.0686
Dünya

Qətər Talibanla danışıqlar aparmaq üçün Əfqanıstana elçi göndərdi

image-al-qahtani

Qətərin xarici işlər naziri, elçi Mutlaq Bin Majed Al-Qahtani bazar günü Əfqanıstanın paytaxtına səfər edib və Taliban administrasiyasının xarici işlər naziri vəzifəsini icra edən şəxslə görüşüb.

Busaat.az xəbər verir ki, bu barədə Reuters Əfqanıstan Xarici İşlər Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.

Səfər Əfqan hakimiyyətinin qadınların təhsilinə və QHT-lərin işinə məhdudiyyətlər qoymasından sonra baş verib və Qətər bunu “dərin narahatedici” hal olaraq adlandırıb.

Əfqanıstan Xarici İşlər Nazirliyinin sözçüsü Əbdül Qahar Bəlxi bildirib ki, Mutlaq Bin Majed Al-Qahtani Kabildə xarici işlər naziri vəzifəsini icra edən Əmir Xan Müttəki ilə görüşlərdə iştirak edib.

“Tərəflər siyasi koordinasiya, əlaqələrin möhkəmliyi və humanitar yardımı müzakirə ediblər”, – Bəlxi bildirib.

Keçən il həm Çin, həm də Pakistan öz xarici işlər nazirlərini, eyni BMT-nin xüsusi nümayəndəsinin müavini bu yaxınlarda qadın hüquqları və yardım məsələlərini müzakirə etmək üçün ölkəyə səfər etsə də, heç bir xarici ölkə Taliban hökumətini rəsmən tanımayıb.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul