Qışda “Qarabağ”dan ayrılacaq futbolçuların adları bəlli oldu

image-1690347558_4015f3c4-85b3-3304-a609-696bd17ef802_850backend

Avropa Liqasının pley-offunda “Braqa” ilə qarşılaşmalı olan “Qarabağ”da bir sıra dəyişiklər olacaq.

Busaat.az “Offsideplus.az”a istinadən xəbər verir ki, “köhlən atlar” 2 oyunçu ilə yolları ayıracaq.

Söhbət vinger Adama Diakabi və dayaq yarımmüdafiəçisi Nihad Quliyevdən gedir. Fransalıya təklif gələcəyi təqdirdə, müqaviləsinə xitam veriləcək. Ümumiyyətlə, məşqçilər heyəti Diakabinin performansından narazıdır. Məhz bu səbəbdən də 27 yaşlı futbolçu ilə yolların ayrılması haqda düşünülür.

Maraq üçün bildirək ki, Diakabi bu mövsüm “Qarabağ”ın heyətində 9 matçda meydana çıxıb. O, bu qarşılaşmalarda 2 qol vurub, 1 məhsuldar ötürmə edib.

Nihad Quliyevin isə icarəyə verilməsi haqda düşünülür. Dayaq yarımmüdafiəçisi əsas heyətə düşə bilmir. Qurban Qurbanov futbolçunun inkişaf etməsini istəyir. Bu səbəbdən də onun qışda başqa komandaya icarəyə göndərilməsi məqsədəuyğun hesab edilir.

Qeyd edək ki, Nihad Quliyev bu mövsüm cəmi 3 matçda meydanda olub və heç nə ilə yadda qalmayıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90