Qızılca ilə bağlı ölkədə vəziyyət necədir? – AÇIQLAMA

image-1702021747_qizilca-1backend

Azərbaycanda hazırda qızılca ilə bağlı vəziyyət stabildir.

Busaat.az xəbər verir ki, bunu TƏBİB İdarə Heyətinin sədri Vüqar Qurbanov deyib.

O qeyd edib ki, qızılcaya yoluxma halları ilə bağlı tibb müəssisələrinə vətəndaş müraciətləri var:

“Vətəndaşların müraciətlərinə əsasən infeksion və yoluxucu şöbələrimiz tam hazır vəziyyətdədir. Həm ambulator, həm də stasionar müraciətlər edilir. Xəstələrin vəziyyəti dəyərləndirilir və ehtiyac olduğu halda stasionar müalicə üçün yerləşdirilir. Digərləri isə ambulator olaraq evdə həkim nəzarəti altında saxlanılır”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90