Qızılın aprel fyuçerslərinin qiyməti “Comex” birjasında (Nyu-York Ticarət Birjasının bölməsi) tarixi maksimumunu yeniləyərək 1 troy unsiyası üçün 2 950 dollardan yuxarı ticarət olunur.
Busaat.az xəbər verir ki, bu barədə ticarət platformasından məlumat verilib.
Məlumata əsasən, Bakı vaxtı ilə saat 05:09 üçün qızılın qiyməti 1,60 faiz artaraq 2950,3 dollar olub. Saat 05:12-də qızılın qiyməti artmaqda davam edərək bir unsiya üçün 2953,8 dollara (+1,72 faiz) çatıb.
Saat 05:17-də qızılın qiyməti artımını azaldaraq bir unsiya üçün 2953,2 dollar (+1,70%) təşkil edib.