Qonşusunu öldürən Nahid Həsənovun məhkəməsi başa çatdı

image-hokmbackend

Bakıda qətl törətməkdə təqsirləndirilən Nahid Həsənovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Busaat.az APA.az-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Nahid Həsənov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il avqustun 4-də Qaradağ rayonu ərazisindəki Qobu Park-3 yaşayış massivində qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü Bəhruz Məmmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1990-cı il təvəllüdlü Nahid Həsənovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qonşusu Bəhruz Məmmədova kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Nahid Həsənov iş üzrə şübhəli şəxs qismində tutulub.

Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki