CineMastercard “Maykl” filmi ilə dünya premyerasından 3 gün öncə əfsanənin ruhunu canlandırdı

image-38backend

 

“Dəniz Mall” ticarət mərkəzində yerləşən “CineMastercard” kinoteatrında musiqi, üslub və təkrarsız enerji ilə dolu bir axşam baş tutdu. Bu
möhtəşəm tədbir dünya səhnəsinin əfsanəsi Maykl Cekson haqqında çəkilmiş, böyük maraqla gözlənilən “Maykl” bioqrafik filminin dünya premyerasından 3 gün
öncə keçirilən nümayişinə həsr olunmuşdur.

Busaat.az xəbər verir ki, tədbir əsl genişmiqyaslı dünyəvi hadisəyə çevrildi və hər detal incəliklə düşünülmüşdü. Kinoteatrın foyesi sənətkarın yaradıcılıq dövrlərindən ilhamlanan üslubda tərtib edilmişdi: zərif dekor, işıq effektləri və şou-biznes ab-havası qonaqlara pop musiqisinin kralının dünyasına səyahət hissi yaradırdı.
Qonaqları səmimi və bayram əhval-ruhiyyəsi qarşılayırdı — dadlı təamlar, müxtəlif içkilər və DJ-in musiqi setləri gecənin ritmini müəyyən edir, onu
yüngüllük və parlaq təəssürat gözləntiləri ilə doldururdu.
Proqramın kulminasiyası Maykl Ceksonun məşhur hitləri altında təqdim olunan “A1” rəqs qrupunun möhtəşəm çıxışı oldu. Hərəkətlərin dəqiqliyi, ifaçıların
xarizması və səhnənin güclü enerjisi tamaşaçılarda əsl emosiyalar yaratdı.
Axşamın parlaq və eyni zamanda təsirli finalı isə əfsanəvi sənətkar obrazında çıxış edən gənc rəqqasın virtuoz nömrəsi oldu — bu çıxış tamaşaçıların xüsusi rəğbətini
və alqışını qazandı.
“Maykl” filminin premyeradan öncə nümayişi qonaqların yaddaşında uzun müddət
qalacaq parlaq mədəni hadisəyə çevrildi — ilham, musiqi və əfsanə ilə dolu bir
axşam kimi.

Axşam “Maykl” filminin çoxdan gözlənilən nümayişi ilə yekunlaşıb. “Maykl” filmi sənətkarın yolunu — ailə qrupunun tərkibində səhnəyə ilk
addımlarından başlayaraq, dünya miqyasında musiqi və şou-biznes sənayesini dəyişən bir ikonaya çevrilməsinə qədər olan mərhələləri əhatə edir. Filmin
rejissoru Antuan Fukua, baş rolu isə Maykl Ceksonun qardaşı oğlu Cafaar Cekson

ifa edib ki, bu da ekran əsərinə xüsusi autentiklik və dərinlik qatır. Layihədə həmçinin Kolman Dominqo və Nia Lonq kimi aktyorlar da mühüm obrazları
canlandırıblar.
Filmdə yalnız musiqi irsinə deyil, həm də Maykl Ceksonun həyatının pərdəarxası tərəflərinə — onun daxili hisslərinə, yaradıcılıq axtarışlarına və unikal obrazının
formalaşmasına təsir edən hadisələrə xüsusi diqqət yetirilir. Tamaşaçıları “Thriller” və “Bad” albomlarından ilhamlanan əfsanəvi səhnə nömrələrinin yenidən
canlandırılması, eləcə də sənətkarın həyatından nadir və əvvəllər nümayiş olunmayan məqamlar gözləyir.
Tamaşaçılar “Maykl” filmini “CineMastercard” kinoteatrlar şəbəkəsində orijinal – ingilis dilində, eləcə də rus dilində izləyə biləcəklər. Bundan əlavə, film 4DX və
ScreenX formatlarında da təqdim olunur.

image-2 image-3 image-13 image-17 image-23 image-31 image-32 image-38


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki