Quba rayonunun Qaraçay kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Busaat.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində iki qadın dünyasını dəyişib.
Yaralanan daha iki nəfər Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb olunub, fakt araşdırılır.