Qüdsdə cümə namazından əvvəl gərginlik yaranıb
İşğal altında olan Şərqi Qüdsdə gərginlik yüksəkdir. İsrail polisi Əl-Əqsa məscidinə gedən yollarda barrikadalar qurub. Yalnız 80 yaşdan yuxarı fələstinlilərin Məscidül-Əqsaya daxil olmasına imkan yaradılır.
Busaat.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
İsrail təhlükəsizlik qüvvələrinin barrikada qurduğu nöqtələrdən biri də Şərqi Qüdsün köhnə şəhər ərazisindəki Dəməşq qapısı olub. Xüsusilə Məscidül-Əqsa ətrafına çoxlu sayda polis cəlb edilib.
Yalnız yaşı 80-dən yuxarı olan fələstinlilərin Məscidül-Əqsaya daxil olmasına icazə verilib. Ancaq bunun qarşısını almaq üçün edilən cəhdlərə baxmayaraq, fələstinlilərin cümə namazı üçün Məscidül-Əqsaya axışacağı gözlənilir.
HƏMAS oktyabrın 13-ü “Qəzəb günü” elan edib.
İşğal altında olan Şərqi Qüds və İordan çayının qərb sahilində gərginliyin artacağı gözlənilir.





