Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş BMT-nin Fələstin xalqına dəstəyini davam etdirəcəyini vurğulayıb.
Busaat.az xarici mediaya istinadla xəbər verir ki, Quterreş “X” sosial media platformasındakı paylaşımında 29 Noyabr Fələstin Xalqı ilə Beynəlxalq Həmrəylik Gününü qeyd edib.
BMT-nin Fələstin xalqının hüquqlarına dəstəyini təkrarlayan Quterreş qeyd edib:
“BMT Fələstin xalqı və onun sülh, təhlükəsizlik və ləyaqət içində yaşamaq üçün ayrılmaz hüquqları ilə həmrəy olmağa davam edəcək”.
Zeyd Bağırzadə