Məzmuna keç
24 Oktyabr 2026, Şənbə
  • Azeri Light121.95 $▲1.88%
  • Brent neft111.66 $▼1.69%
  • WTI neft103.44 $▲3.45%
  • Avropa qazı (TTF)93.30 €▲3.32%
  • Təbii qaz (ABŞ)3.047 $▲11.37%
  • Qızıl4 010 $▼0.50%
  • Gümüş53.96 $▲0.00%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 857 $▼0.27%
  • Ethereum2 380 $▼0.17%
  • S&P 5007 624▼0.52%
16°Bakı
  • USD1.7003▼0.0002
  • EUR1.9059▼0.0016
  • 100 RUB2.0981▲0.0115
  • GBP2.2753▼0.0004
  • TRY0.0342▼0.0001
  • AED0.4630
  • CNY0.2544▲0.0001
  • GEL0.6547
  • 100 KZT0.3774▼0.0019
  • UAH0.0376▼0.0001
  • 100 JPY1.0829▲0.0011
  • CHF2.0663▼0.0023
  • USD1.7003▼0.0002
  • EUR1.9059▼0.0016
  • 100 RUB2.0981▲0.0115
  • GBP2.2753▼0.0004
  • TRY0.0342▼0.0001
  • AED0.4630
  • CNY0.2544▲0.0001
  • GEL0.6547
  • 100 KZT0.3774▼0.0019
  • UAH0.0376▼0.0001
  • 100 JPY1.0829▲0.0011
  • CHF2.0663▼0.0023
İdman

“Real Madrid” Kurtuaya əvəzləyicini “Çelsi”də tapdı

image-kepa
“Çelsi”

İspaniyanın “Real Madrid” klubu zədəli qapıçısı Tibo Kurtuaya əvəzləyici tapıb.

Busaat.az xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.

La Liqa təmsilçisi İngiltərə “Çelsi”sinin qolkiperi Kepa Arrisabalaqanı icarəyə götürməyə hazırlaşır. İspaniyalı “çərçivə qoruyucusu” Almaniyanın “Bavariya” klubu ilə danışıqlara baxmayaraq, “Real Madrid”ə keçmək qərarına gəlib. “Kral klubu” “Çelsi” ilə anlaşmağa yaxındır.

Qeyd edək ki, bir neçə gün öncə zədələndiyi üçün əməliyyat olunacaq Kurtua altı-səkkiz ay yaşıl meydanlardan kənar qalacaq.

Xatırladaq ki, Arrisabalaqa 2018-ci ildə Bilbao “Atletik”indən “Çelsi”yə keçib. 28 yaşlı qolkiper ötən mövsüm London klubunun heyətində bütün turnirlərdə 39 oyun keçirib, 45 qol buraxıb.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul