Bəzi peşələrin öz uniforması olsa da, əksər işlərdə geyim sərbəstdir. Amma bəzi iş yerlərində bu geyim sərbəstliyinə müəyyən məhdudiyyətlər qoyulur.
Bəs görəsən uniforma tələbi olmadığı halda rəhbərlik işçinin geyiminə qarışa bilərmi?
Mövzu ilə bağlı Busaat.az-a açıqlamasında hüquqşunas Paşa Səfərov bildirib ki, Əmək Məcəlləsində işçinin xüsusi geyimi ilə bağlı yalnız əməyin mühafizəsi zamanı tətbiq olunan normalar mövcuddur ki, bu geyimin də məqsədi sırf işçinin mühafizəsidir.
Paşa Səfərov, Hüquqşunas
Onun sözlərinə görə, əgər iş yerinin işçiləri üçün qanunla xüsusi geyim forması nəzərdə tutulubsa, bu halda işçi qanunun tələbinə əməl etməli və müəyyən olunmuş xüsusi geyim formasından istifadə etməlidir:
P.Səfərov qeyd edib ki, əgər xüsusi geyim formasının olması barədə hər hansı hüquqi akt mövcud deyilsən, o zaman işçi heç bir halda belə geyim formasından istifadəyə məcbur edilə bilməz:
“Bundan başqa ola bilər ki, işə götürənlə işçi arasında bağlanmış əmək müqaviləsində xüsusi geyimlə bağlı müddəa nəzərdə tutulsun. Bu halda əmək müqaviləsinin şərtlərini qəbul etmiş və onu imzalamış işçi bu tələbə əməl etməlidir”.
Hüquqşunas işə götürənin tələbinin ağlabatan və işçinin hüquqi, fiziki vəziyyətinə, mənəvi dəyərlərinə xələl gətirməməli olduğunu diqqətə çatdırıb:
“Ümumiyyətlə, qanunla nəzərdə tutulmadığı halda, həmçinin əmək müqaviləsində razılaşdırılmış qaydada müəyyən edilmədiyi şəraitdə heç bir işçi uniforma geyinməyə məcbur edilə bilməz”.