Məzmuna keç
  • Azeri Light113.45 $▼2.62%
  • Brent neft95.20 $▼8.04%
  • WTI neft88.73 $▼7.38%
  • Avropa qazı (TTF)85.03 €▼7.65%
  • Təbii qaz (ABŞ)2.950 $▲2.75%
  • Qızıl4 071 $▲2.63%
  • Gümüş52.28 $▲4.64%
  • Pambıq78.09 ¢▲1.04%
  • Buğda599.25 ¢▲1.01%
  • Bitcoin80 087 $▲3.56%
  • Ethereum2 420 $▲6.54%
  • S&P 5007 689▲1.59%
18°Bakı
  • USD1.7000
  • EUR1.9097▲0.0074
  • 100 RUB2.0796▼0.0147
  • GBP2.2881▲0.0087
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2543▼0.0005
  • GEL0.6548▼0.0004
  • 100 KZT0.3759▲0.0008
  • UAH0.0373▲0.0001
  • 100 JPY1.0771▲0.0004
  • CHF2.0832▲0.0056
  • USD1.7000
  • EUR1.9097▲0.0074
  • 100 RUB2.0796▼0.0147
  • GBP2.2881▲0.0087
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2543▼0.0005
  • GEL0.6548▼0.0004
  • 100 KZT0.3759▲0.0008
  • UAH0.0373▲0.0001
  • 100 JPY1.0771▲0.0004
  • CHF2.0832▲0.0056
Cəmiyyət

Rektorun qızını aldadıb qızıllarını aldılar

image-irade_xelilovajpg-1733291036
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Busaat.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 36 yaşlı Əliyev Mikayıl Mahir oğlu 3 nəfərə qarşı dələduzluqda ittiham olunur.

İstintaq materiallarında yazılanlara əsasən, Mikayıl Əliyevin əməlindən ən çox zərər çəkən Xəlilova Aygün Zöhrab qızıdır. Mikayılla uzun müddətdir tanış olan qadın onun kiməsə borclu olduğuna və ödəməyəcəyi halda həbs ediləcəyi ilə bağlı dediklərinə inanıb. A.Xəlilova sonradan qaytarmaq şərti ilə 57 min 600 manatlıq qızıl-zinət əşyalarını lombarda qoyub pul götürməsi üçün ona verib. Buraya 30 min manatlıq “Van Cleef & Arpels” markalı bir cüt sırğa və digər qızıllar daxildir.

Amma təqsirləndirilən şəxs qızıl-zinət əşyalarını geri qaytarmayıb. İş elə gətirib ki, əvvəl Mikayılın həbsə düşməməsi üçün ona borc verən Aygün sonradan onun həbsi üçün çalışıb.

Məsələ ilə bağlı təqsirləndirilən şəxsin vəkili Vüqar Kazımovla əlaqə saxladıq. Vəkilin münasibətindən belə aydın oldu ki, müvəkkili özünü heç bir epizod üzrə təqsirli bilmir. Onlar topladıqları dəlil və sübutları məhkəmə istintaqında ortaya qoyacaqlar. Müdafiəçi müvəkkilinə istinadən onu da qeyd edib ki, bu cinayət işinin başlanması üçün şikayət ərizəsini ilk olaraq zərərçəkmiş Aygünün rektor anası İradə Xəlilova yazıb.

Məlumat üçün bildirək ki, fəlsəfə doktoru olan İradə Xəlilova Xəzər Universitetinin rektorudur. O, Xəzər Rayon Polis İdarəsinin (RPİ) İstintaq Şöbəsində müstəntiqə ifadə verib. Rektor məhkəmə istintaqında dindiriləcək şahidlər siyahısına da daxil edilib.

İş üzrə digər zərərçəkənlər İlyasov Fariz Ramiz oğlu və Tağıyev Habil Əli Abas oğludur. Təqsirləndirilən şəxs onlara Gürcüstandan avtomobil gətirəcəyi ilə bağlı yalan vəd verib. Bu iş üzrə əsas zərərçəkən isə Aygündür. Digərlərinin itirdiyi pul cəmi 5 min manatdır.

Mikayıl Əliyevə külli miqdarda dələduzluq ittihamı elan edilərək barəsində həbs qətimkan tədbiri seçilib. Artıq iş üzrə ibtidai istintaq hərəkətləri də tamamlanıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=154665