“Rəsmi Kiyev Saakaşvilinin saxlanılması ilə bağlı Gürcüstan hökumətindən cavab gözləyir“ – Ukrayna XİN

image-kulebabackend

“Gürcüstanda saxlanılan ölkənin keçmiş Prezidenti Mixail Saakaşvili Ukrayna vətəndaşıdır və bu səbəbdən də Kiyevdən lazım olan bütün dəstəyi görəcək”. 

Busaat.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmiti Kuleba deyib.

“O bizim vətəndaşımızdır, ona lazımi dəstəyi göstərəcəyik. Düşünürəm ki, bu gün səhər Gürcüstan səfirliyinin nümayəndəsi bizim dəvətimizlə Xarici İşlər Nazirliyimizə gələcək və biz onunla bütün bunları müzakirə edəcəyik. Biz çətinliyə düşən Ukrayna vətəndaşlarını qoruyuruq”, – deyə Kuleba qeyd edib.

Bununla yanaşı, Ukrayna prezident administrasiyasından verilən məlumata görə, Ukrayna Prezidenti Vladimir Zelenski Mixail Saakaşvilinin saxlanılması ilə bağlı vəziyyəti şəxsən nəzarət altında saxlayır və Kiyev sözügedən saxlanılma ilə bağlı Gürcüstan hökumətindən cavab gözləyir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90