Ronaldo A seriyasının ən yaxşı bombardiridir

image-147278backend

“Yuventus”un hücumçusu Kriştiano Ronaldo 2020/2021 mövsümündə A seriyasının ən yaxşı bombardiri olub.

Busaat.az xəbər verir ki, portuqaliyalı hücumçu başa çatan mövsümdə 33 matçda 29 qol (6-ı penaltidən) vurub. “İnter”dən Romelu Lukaku (24) 2-ci, “Atalanta”dan Luis Muriel (22) 3-cü olub.

Xatırladaq ki, ötən mövsüm İtaliya çempionatının ən yaxşı bombardiri 36 qol vuran “Latsio” nun forvardı Ciro İmmobile idi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki