Məzmuna keç
24 Oktyabr 2026, Şənbə
  • Azeri Light121.95 $▲1.88%
  • Brent neft111.66 $▼1.69%
  • WTI neft103.44 $▲3.45%
  • Avropa qazı (TTF)93.30 €▲3.32%
  • Təbii qaz (ABŞ)3.047 $▲11.37%
  • Qızıl4 010 $▼0.50%
  • Gümüş53.96 $▲0.00%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin81 237 $▼0.08%
  • Ethereum2 393 $▲0.31%
  • S&P 5007 624▼0.52%
17°Bakı
  • USD1.7005
  • EUR1.9075
  • 100 RUB2.0866
  • GBP2.2757
  • TRY0.0343
  • AED0.4630
  • CNY0.2543
  • GEL0.6547
  • 100 KZT0.3793
  • UAH0.0377
  • 100 JPY1.0818
  • CHF2.0686
  • USD1.7005
  • EUR1.9075
  • 100 RUB2.0866
  • GBP2.2757
  • TRY0.0343
  • AED0.4630
  • CNY0.2543
  • GEL0.6547
  • 100 KZT0.3793
  • UAH0.0377
  • 100 JPY1.0818
  • CHF2.0686
İdman

Ronaldo “Yuventus”la vidalaşdı, yeni klubu…

image-busaat
Kriştianu Ronaldu “Yuventus”dakı komanda yoldaşları ilə vidalaşıb.
Fanat.Az xəbər verir ki, bu iddia ilə “Messaggero” qəzeti çıxış edib. Qəzet yazıb ki, portuqaliyalı ulduz Turin klubu ilə yollarını rəsmən ayırmağa hazırlaşır.
“Real”a dönüşü reallaşmayan Ronaldunu keçmiş klubları – “Sportinq” və “Mançester Yunayted” heyətinə qatmaq istəyir. İddiaya görə, futbolçu “Sportinq”ə dönərək karyerasını yetirməsi olduğu klubda bitirmək niyyətindədi.
Qeyd edək ki, bur neçə gün əvvəl “Sportinq”in prezidenti Frederiko Varandes Kriştianunu heyətdə görmək istədiklərini bildirmişdi: “Ronaldu bir gün “Sportinq”ə dönəcək. Çempionlar Liqasında onun yer aldığı bir heyətdə mübarizə aparmaq arzumuzdur”.
Bundan əvvəl isə Ronaldunun anası Dolores Aveyro da oğlunu “Sportinq”ə qaytarmaq istədiyini bildirmişdi: “Kriştianu ilə danışacam və gələn mövsüm “Sportinq”ə dönməsi üçün razı salmağa çalışacam. Gələn il “Alvalade” stadionunda “Sportinq” forması ilə çıxış edəcək”.
Onu da qeyd edək ki, Ronaldu 18 yaşında – 2003-cü ildə “Sportinq”dən “Mançester Yunayted”ə transfer olunub. İngiltərə klubu 6 il sonra onu həmin vaxt üçün rekord məbləğə – 94 milyon avroya “Real”a satıb. Portuqaliyalı ulduz 2018-ci ildə 117 milyon avro qarşılığında “Yuventus”a transfer olunub.
Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul