Məzmuna keç
  • Azeri Light126.59 $▲3.80%
  • Brent neft111.70 $▼1.66%
  • WTI neft103.27 $▲3.28%
  • Avropa qazı (TTF)93.85 €▲3.93%
  • Təbii qaz (ABŞ)3.050 $▲11.48%
  • Qızıl4 008 $▼0.55%
  • Gümüş53.95 $▼0.02%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 265 $▼0.63%
  • Ethereum2 331 $▼1.03%
  • S&P 5007 624▼0.52%
16°Bakı
  • USD1.7004▲0.0001
  • EUR1.9061▲0.0002
  • 100 RUB2.0970▼0.0011
  • GBP2.2754▲0.0001
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2542▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3775▲0.0001
  • UAH0.0376
  • 100 JPY1.0827▼0.0002
  • CHF2.0664▲0.0001
  • USD1.7004▲0.0001
  • EUR1.9061▲0.0002
  • 100 RUB2.0970▼0.0011
  • GBP2.2754▲0.0001
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2542▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3775▲0.0001
  • UAH0.0376
  • 100 JPY1.0827▼0.0002
  • CHF2.0664▲0.0001
İdman

“Ronaldonun cavabından sonra özümü alçaldılmış kimi hiss edirdim”

image-144559

“Yuventus”un oyunçusu Kriştiano Ronaldo “Atalanta”nın müdafiəçisi Robin Qosensin forma istəyini rədd edib.

Busaat.az xəbər verir ki, bu barədə 26 yaşlı müdafiəçi özü danışıb. O, Turin təmsilçisi ilə matçdan sonra portuqaliyalı hücumçuya yaxınlaşaraq, ondan formasını istədiyini və “yox” cavabı aldığı üçün utandığını deyib:

“Yuventus”la oyundan sonra Ronaldodan forma almaq xəyalımı reallaşdırmaq istədim. Oyunun final fiti səsləndi və mən qələbəni qeyd etmək üçün azarkeşlərin yanına belə getməmişdim. Ronaldoya yaxınlaşaraq, dedim: “Kriştiano, formanı verə bilərsən? O isə üzümə belə baxmadan “yox” cavabını verdi. Utandığım üçün qızarmışdım. Sonra oradan uzaqlaşdım. Amma özümü alçaldılmış kimi hiss edirdim. Utancverici bir şey yaşayanda ətrafına baxıb bunu kiminsə görmədiyini yoxlayırsan. Mən də elə etdim. Kimsə bunun fərqində deyildi və bu hadisəni heç kimə danışmadım”.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul