Məzmuna keç
24 Oktyabr 2026, Şənbə
  • Azeri Light121.95 $▲1.88%
  • Brent neft111.66 $▼1.69%
  • WTI neft103.44 $▲3.45%
  • Avropa qazı (TTF)93.30 €▲3.32%
  • Təbii qaz (ABŞ)3.047 $▲11.37%
  • Qızıl4 010 $▼0.50%
  • Gümüş53.96 $▲0.00%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 729 $▼0.70%
  • Ethereum2 374 $▼0.99%
  • S&P 5007 624▼0.52%
16°Bakı
  • USD1.7003▼0.0002
  • EUR1.9059▼0.0016
  • 100 RUB2.0981▲0.0115
  • GBP2.2753▼0.0004
  • TRY0.0342▼0.0001
  • AED0.4630
  • CNY0.2544▲0.0001
  • GEL0.6547
  • 100 KZT0.3774▼0.0019
  • UAH0.0376▼0.0001
  • 100 JPY1.0829▲0.0011
  • CHF2.0663▼0.0023
  • USD1.7003▼0.0002
  • EUR1.9059▼0.0016
  • 100 RUB2.0981▲0.0115
  • GBP2.2753▼0.0004
  • TRY0.0342▼0.0001
  • AED0.4630
  • CNY0.2544▲0.0001
  • GEL0.6547
  • 100 KZT0.3774▼0.0019
  • UAH0.0376▼0.0001
  • 100 JPY1.0829▲0.0011
  • CHF2.0663▼0.0023
İdman

Ronaldu “Mançester Yunayted”ə keçidi üçün maaşının azaldılmasına razıdır

image-ronaldo

İtaliyanın “Yuvantus” klubunun ulduz futbolçusu Kriştianu Ronaldu İngiltərə “Mançester Yunayted”inə qayıtmağa müsbət yanaşır.

Busaat.az  xəbər verir ki, 36 yaşlı hücumçu bunun üçün maaşının azaldılmasına da hazırdır. Portuqaliyalı oyunçu sabiq klubunda ən azı 20 milyon avro qazanmağı hədəfləyir.

Ronaldunun “Yuventus”la müqaviləsi 2022-ci ilin yayında başa çatmalıdır. Portuqaliyalı oyunçunun məvacibi ildə 31 milyon avrodur. Forvard Turin klubuna 2018-ci ilin iyulunda İspaniyanın “Real Madrid” klubundan 117 milyon avroya keçib.

Qeyd edək ki, Kriştianu Ronaldu 2003 – 2009-cu illərdə “Mançester Yunayted”in formasını geyinib. O, üç dəfə Premyer Liqada, bir dəfə ölkə kubokunda və Superkubokda qalib olub. Ulduz futbolçu İngiltərə təmsilçisinin heyətində Çempionlar Liqasını və klublararası dünya çempionatını, həmçinin ilk dəfə “Qızıl top”u qazanıb.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul