Məzmuna keç
25 Oktyabr 2026, Bazar
  • Azeri Light126.59 $▲3.80%
  • Brent neft111.70 $▼1.66%
  • WTI neft103.27 $▲3.28%
  • Avropa qazı (TTF)93.85 €▲3.93%
  • Təbii qaz (ABŞ)3.050 $▲11.48%
  • Qızıl4 008 $▼0.55%
  • Gümüş53.95 $▼0.02%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 770 $▼0.00%
  • Ethereum2 362 $▲0.30%
  • S&P 5007 624▼0.52%
16°Bakı
  • USD1.7004▲0.0001
  • EUR1.9061▲0.0002
  • 100 RUB2.0970▼0.0011
  • GBP2.2754▲0.0001
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2542▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3775▲0.0001
  • UAH0.0376
  • 100 JPY1.0827▼0.0002
  • CHF2.0664▲0.0001
  • USD1.7004▲0.0001
  • EUR1.9061▲0.0002
  • 100 RUB2.0970▼0.0011
  • GBP2.2754▲0.0001
  • TRY0.0342
  • AED0.4630
  • CNY0.2542▼0.0002
  • GEL0.6547
  • 100 KZT0.3775▲0.0001
  • UAH0.0376
  • 100 JPY1.0827▼0.0002
  • CHF2.0664▲0.0001
İdman

Ronaldu: Qollar həyatımın ayrılmaz hissəsidir, mənə yeni rekordlar lazımdır

image-c6011f9f-688e-3f9e-b654-737cf8773d04_850

Bu günlərdə əfsanəvi braziliyalı futbolçu Pelenin qol məhsuldarlığını üstələyərək rekord qırmış İtaliyanın “Yuventus” futbol klubunun hücumçusu Kriştianu Ronaldu yeni nailiyyətlərə imza atmağa hazırlığı barədə fikirlərini ifadə edib.

Busaat.az xəbər verir ki, bu barədə futbolçu instaqramdakı hesabında yazıb.

“Daha çox hədəflərə nail olmaq lazımdır və inanıram ki, bunu birlikdə edəcəyik. Qollar mənim (həyatımın – red) ayrılmaz hissəmdir. Mən bununla kifayətlənməyə hazırlaşmıram və növbəti rekord qırmaq istəyirəm! Mən həmişə daha çox istəyirəm.

Düşünürəm ki, insanlar buna görə tez-tez mənim enerjimin çox olması, heç vaxt dayanmamağım barədə danışırlar. Ola bilsin, bu həqiqətdir, amma bu mənim həyatımın ayrılmaz hissəsidir!” – Ronaldu instaqramdakı hesabında qeyd edib.

Xatırladaq ki, rəsmi matçlarda Pelenin hesabında 767 qol var. Ronaldu isə İtaliya A Seriyasının XXVII turunun “Kalyari”yə qarşı matçda het-triki ilə karyerası ərzində 770-ci rəsmi qolunu vurub.

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul