Rusiya Dövlət Agentliyi: “Ankara üzərindəki rəqabətin sonu keçmişdəki kimi olmamalıdır”

image-1343889_524backend

Rus jurnalist Dmitri Bavyrin Taksimdə törədilən terror aktından sonra Türkiyə rəsmilərinin Vaşinqtona ünvanladığı sərt bəyanatlara əsaslanaraq, Ankara ilə Vaşinqton münasibətlərini şərh edib.

Belə ki, Türkiyədə 13 noyabr 2022-ci il tarixində İstiqlal küçəsində terror aktı törədilib. Terror təşkilatı PKK/YPG-nin təşkil etdiyi hücumda 6 nəfər həyatını itirərkən, 2-si ağır olmaqla 81 nəfər yaralanıb.

Partlayışdan sonra küçə piyadalar üçün bağlanıb. Bölgəyə çoxlu sayda tibbi yardım və təhlükəsizlik qrupları göndərilərkən, Radio və Televiziya Üst Şurası (RTÜK) partlayışdan 1 saat sonra mövzu ilə bağlı yayım qadağası qoyub.

İstanbulda uzun fasilədən sonra baş verən bu dağıdıcı terror hadisəsi Türkiyənin olduğu kimi dünyanın da gündəminə gəlib.

RİA agentliyi üçün Taksim hücumu və Türkiyə-ABŞ münasibətlərini təhlil edən rusiyalı jurnalist Dmitri Bavyrin Daxili İşlər naziri Süleyman Soylu və Xarici İşlər naziri Mövlud Çavuşoğlunun hücumdan sonra ABŞ-ı yüksək tonda tənqid edən açıqlamalarını belə qiymətləndirib: “Müasir Türkiyə tam olaraq bir imperiya deyil, amma özünü belə hiss edir, belə olmaq istəyir. İmperiyalar öz maraqlarına görə günahlandırır. Ankara da dərhal sərt bir şəkildə Vaşinqtonu ittiham edilir…”

Çavuşoğlunun Rusiyaya dəstək və təşəkkür ifadələrinə diqqət çəkən Bavyrin sözlərini belə davam etdirib:

“Müttəfiqi (ABŞ-ı nəzərdə tutur) mülki şəxslərə qarşı terror aktı törətməkdə təqsirli bilmək çox ciddi ittihamdır. ABŞ təbii ki, kürdlərə hərbi göstərişlər verməklə kömək edirdi və bunu tamamilə açıq şəkildə edirdi. Bu yaxınlarda Türkiyə istisna olmaqla, Suriyadakı kürdlərə də yardım edirdi. Bütün güclü qüvvələr onlara kömək edirdi… Şübhəli Əlbəşirdən Amerika Birləşmiş Ştatlarına uzanan bir əlaqə yaratmaq lazımdır, ona görə də onlar ABŞ-ın ipini bir neçə saat ərzində çəkdilər. İndi tərəflər razılığa gəliblər. Deyəsən Ərdoğan sadəcə bazarlıq etmir, həm də əsəbidir…”

Ərdoğanın gərginliyinin səbəbinin yay aylarında keçiriləcək prezident və parlament seçkiləri olduğunu deyən Bavyrin qeyd edib: “Kürdlərdən tutmuş, Fətullah Güləndən dəstək alan bütün partiyalar seçkilərə hazırlaşır. Eyni zamanda, hökumətin əsas sütunu – iqtisadi amillər zəifləyib. Əvvəllər xalq iqtisadi artımı onun əsas nailiyyəti olaraq gördüyü hakim AKP-yə həvəslə səs verirdi, lakin bu artım bir ildir ki, inflyasiyaya uduzur…”

Digər tərəfdən, dünən G20 sammiti çərçivəsində ABŞ prezidenti Co Baydenlə prezident Ərdoğan arasında baş tutan görüşə diqqət çəkən Bavyrin sözlərini belə davam etdirib:

“Danışıqlar özəl idi və Türkiyə tərəfinin izah etdiyi kimi, məsələ İstanbuldakı terror aktı idi. Tərəflər daha sonra bir-birindən razı görünərək ayrıldılar. Hətta Bayden də Ərdoğana taxıl sövdələşməsini asanlaşdırdığı üçün təşəkkür etdi”.

Bavyrin məqaləsini belə yekunlaşdırıb: “Əgər Birləşmiş Ştatlar həqiqətən də Ərdoğanın qüdrətini zəiflətməyə çalışarsa və onun nüfuzunu zəiflətməyə başlayarsa, Qərblə əlaqələri qoparmaq Ərdoğanın yeganə çıxış yolu olacaq. Türkiyə uğrunda rəqabət Birinci Soyuq Müharibə illərinə düşdü və bu zaman Vaşinqtonla və Brüsselin xeyrinə oldu. Biz indi İkinci Soyuq Müharibənin başlanğıcındayıq, amma rəqabətin nəticəsi eyni olmamalıdır…”

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90