Məzmuna keç
23 Oktyabr 2026, Cümə
Son dəqiqə
17°Bakı
  • USD1.7005
  • EUR1.9075
  • 100 RUB2.0866
  • GBP2.2757
  • TRY0.0343
  • AED0.4630
  • CNY0.2543
  • GEL0.6547
  • 100 KZT0.3793
  • UAH0.0377
  • 100 JPY1.0818
  • CHF2.0686
Dünya

Rusiya Finlandiyanın NATO üzvlüyünə hərbi cavab verəcək - XİN

image-natorusya

Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko Finlandiyanın NATO-da iştirakına qarşı qərb və şimal-qərb istiqamətində hərbi potensialı gücləndirəcəklərini bəyan edib.

Busaat.az xəbər verir ki, Qruşko Rusiyanın Ria Novesti xəbər agentliyinə verdiyi açıqlamada Finlandiyanın NATO-ya üzvlüyünü dəyərləndirib.

Rusiyanın buna qarşı lazımi addımlar atacağını bildirən Qruşko deyib: “Qərb və şimal-qərb istiqamətində hərbi potensialımızı gücləndirəcəyik. Əgər NATO-nun digər üzvlərinə məxsus hərbi qüvvələr və maşınlar Finlandiyaya yerləşdirilərsə, biz Rusiyanın hərbi təhlükəsizliyini möhkəm şəkildə təmin etmək üçün əlavə addımlar atacağıq”.

Qeyd edək ki, 2022-ci ilin may ayında NATO-ya üzvlük üçün müraciət edən Finlandiyanın üzvlük protokollarının Türkiyə Böyük Millət Məclisinin təsdiqləməsindən sonra bütün 30 NATO ölkəsi təsdiqləmə prosesini tamamlayıb. Bundan sonra, NATO-nun baş katibi Yens Stoltenberq Finlandiyanın sabah 31-ci üzv elan ediləcəyini və bayrağının NATO-nun mənzil-qərargahında dalğalanacağını açıqlayıb.

Busaat.az 

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul