ABŞ Müdafiə Nazirliyi Rusiyanın Ukraynada qitələrarası ballistik raketlərdən istifadə etdiyini və onlara əvvəlcədən məlumat verildiyini təsdiqləyib.
Busaat.az Bakıvaxtı.az-a istinadla xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq gündəlik mətbuat brifinqində deyib:
“Rusiyanın eksperimental ballistik raket buraxdığını təsdiq edə bilərəm”,- deyə o, diqqətə çatdırıb.
O bildirib ki, bu, RS-26 Rubej tipli IRBM adlı qitələrarası ballistik raketdir. Raketlərin buraxılmasından qısa zaman öncə ABŞ-nin “Nüvə Riskinin Azaldılması” kanalları ilə məlumatlandırıldığını qeyd edən Sinq, bu tip raketlərin ilk dəfə döyüş meydanında istifadə edildiyi üçün eksperimental layihə olduğunu qeyd edib.