Rusiya və Çin xarici işlər nazirləri arasında telefon danışığı olub

image-default-2023-08-07t184307-191backend

Avqustun 7-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Çinin xarici işlər naziri Vanq Yi arasında telefon danışığı olub.

Busaat.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumat yayıb.

Tərəflər sabitlik və müsbət dinamika nümayiş etdirən Rusiya-Çin münasibətlərinin mütərəqqi inkişafını yüksək qiymətləndiriblər. Ən yüksək siyasi səviyyədə əldə olunmuş razılaşmaların həyata keçirilməsi baxımından ikitərəfli gündəliyə xüsusi diqqət yetirilib.

Nazirlər beynəlxalq gündəliyin bir sıra aktual məsələlərini müzakirə ediblər. Moskva ilə Pekin arasında BMT, BRİKS, ŞƏT, G20 və digər beynəlxalq strukturlar çərçivəsində konstruktiv dialoqa və yüksək səviyyəli qarşılıqlı fəaliyyətə müsbət qiymət verilib.

Bir sıra “qaynar” regional mövzulara, o cümlədən Ukrayna böhranı müzakirə edilib.

Nazirlər yaxın xarici siyasət koordinasiyasını bundan sonra da davam etdirməyə hazır olduqları bir daha təsdiqləyiblər.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90