Rusların daha bir təyyarəsi VURULDU

image-photo_168926backend

Ukrayna ordusu Luqansk vilayətində Rusiyaya məxsus Su-25 təyyarəsini məhv edib.

Busaat.az xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko deyib.

“Ukrayna ordusunun 80-ci əlahiddə desant-hücum briqadasının 3-cü tağımı düşmənin Su-25 təyyarəsini “Stinger” daşınan zenit-raket kompleksi ilə məhv edib”, – Geraşenko bildirib.

Onun sözlərinə görə, pilot katapult etməyə macal tapmayıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90