Ruttedən Ukraynanın alyansa qoşulmasına MÜNASİBƏT

image-owl_detail_620_1fc6dce5c79f942f982d78de31e4820dbackend

NATO-nun baş katibi Mark Ruttenin sözlərinə görə, NATO-ya üzv ölkələr hələ ki, Ukraynanın alyansa qoşulması ilə bağlı konsensus əldə etməyiblər.

Busaat.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat verib.

“Praktik vəziyyət ondan ibarətdir ki, Ukraynanın NATO-ya daxil olması üçün bütün müttəfiqlərin razılığı lazımdır. Və hazırda, bildiyiniz kimi, konsensus yoxdur”, – siyasətçi bildirib.

Sorğu nəticəsində məlum olub ki, almanların, fransızların, polyakların və italyanların yarısından azı Ukraynanın Avropa İttifaqına (Aİ) və Şimali Atlantika Alyansına qoşulmasını istəyir.

Əvvəllər bildirilirdi ki, ABŞ və Ukrayna danışıqlar zamanı münaqişəyə son qoymağın mümkün ssenarisini müzakirə ediblər ki, bu da Kiyevi NATO-ya üzv olmaq imkanından faktiki olaraq məhrum edəcək. Bu məsələ ilə bağlı yekun qərarın hələ verilmədiyi dəqiqləşdirilib.

Yeganə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki