Salah Olimpiya Oyunlarına buraxılmadı

image-salahliverpulbackend

Misir millisinin və “Liverpul”un futbolçusu Məhəmməd Salah Tokio-2020-də iştirak edə bilməyəcək.

Busaat.az xarici KİV-lərə istinadən xəbər verir ki, yığmanın baş məşqçisi Şoki Qarib 29 yaşlı hücumçunu Yay Olimpiya Oyunları üçün iştirak ərizəsinə daxil etməyib.

Buna “Liverpul”un verdiyi qərar səbəb olub. Yurgen Kloppun komandası mövsüm öncəsi hazırlıqlarını tam gücləndirmək qərarına gəlib. Buna görə də “mersisaydlılar” oyunçunu Tokio-2020-yə buraxmaqdan imtina edib. Xəbərdə bildirilir ki, turnir FİFA tərəfindən tanınmadığı üçün “Liverpul”un və digər klubların öz oyunçularının bu yarışa
getməsinə qadağa qoymaq hüququ var.

Qeyd edək ki, Tokio-2020-də futbol komandalarının heyətində yaşı 23-dən yuxarı olan 3 oyunçunun iştirakına icazə var.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki