Salyan Rayon İcra Hakimiyyətində 8 noyabr- Zəfər Gününə həsr edilmiş “Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” adlı tədbir keçirilib.
Tədbirdə millət vəkilləri Fəzail Ağamalı, Jalə Əhmədova, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Milli Qəhrəman Təbriz Xəlilbəylinin həyat yoldaşı Sevinc Xəlilbəyli, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, şəhidlərimizin ailə üzvləri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Ümummilli Lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsini yad edildikdən, sonra Şanlı Qələbəmizə həsr olunan video-çarx nümayiş etdirilib
Tədbirdə çıxış edən deputat Jalə Əhmədova Şanlı Zəfər münasibətilə tədbir iştirakçılarını təbrik edib və bu möhtəşəm Qələbənin sevincini bizlərə bəxş edən Müzəffər Ali Baş Komandanımıza, dövlətimizə və xalqımıza layiqincə xidmət edən Mehriban xanım Əliyevaya, qəhrəmanlıqları ilə tarix yazmış igid şəhidlərimizə, qazilərimizə, Azərbaycan Ordusunun hər bir əsgər və zabitinə minnətdarlığını çatdırıb.
Jalə Əhmədova çıxışında Salyan əhalisini təmsil etməyindən qürur hissi keçirdiyini, bu torpağın yetişdirdiyi Milli Qəhrəmanları, Vətən Müharibəsi Qəhrəmanları ilə fəxr etdiyini bildirib. Millət vəkili Azərbaycan xalqının yaddaşında əbədi olaraq yaşayacaq Ümummilli Lider Heydər Əliyevə və qəhrəman şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı diləyib.