“Sberbank” ipoteka faizlərini artırdı

image-sberbackend

“Sberbank” ipoteka faizlərini 1,5 faiz artırıb.

Busaat.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bununla bağlı bankın mətbuat xidməti açıqlama yayıb.

Açıqlamada bildirilib ki, “Sberbank” bir sıra kreditlər üzrə dərəcələri dəyişdirmək qərarına gəlib. Bu, Rusiya Bankının OFZ gəlirliliyinin artması ilə əlaqədardır. Nəzərdə tutulan artım dövlət dəstəyi ilə olan proqramlara təsir etməyəcək.

Belə ki, yeni tikililərdə və təkrar bazarda mənzil, eləcə də ev tikintisi üçün kredit faizləri hazırda 18,2%-dən başlayır. Ölkədə daşınmaz əmlak və torpaq üzrə ipoteka faizləri 18,5 faiz, ipotekanın yenidən maliyyələşdirilməsi üzrə 18,2 faiz, kommersiya ipoteka üzrə 19,7 faiz, ilkin ödənişsiz ipoteka üzrə 19 faiz təşkil edir.

İstehlak kreditləri üzrə faiz dərəcələri isə 17,9%-dən 39,9%-ə qədər artacaq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki