Serbiya Kosovonun təklifini rədd etdi

image-kurtibackend

Kosovo Baş naziri Albin Kurti Kosovo serblərinin özünüidarəsi üçün hazırladıqları “Serb Bələdiyyələr Birliyi” layihəsinin Serbiya prezidenti Aleksandr Vuçiç tərəfindən rədd edildiyini açıqlayıb.

Busaat.az xəbər verir ki, Kosovo Baş Naziri Albin Kurti razılaşma prosesinə toxunub:

“Serbiya prezidenti mənim Kosovo serbləri üçün hazırladığım səxavətli özünüidarəetmə təklifimi (Serb Bələdiyyələri Birliyi) rədd etdi”.

Şimali Makedoniyanın Ohrid şəhərində Avropa İttifaqının (AB) vasitəçiliyi ilə təxminən 12 saat davam edən danışıqlarda Kurti və Vuçiç iki ölkə arasında münasibətləri normallaşdıracaq razılaşma üzərində ortaq məxrəcə gəliblər, lakin razılaşmanın mətnini imzalamayıblar.

İctimaiyyətə açıqlanan Kosovo ilə Serbiya arasında münasibətləri normallaşdıracaq 11 bəndlik saziş Serbiyanı Kosovonun müstəqilliyini tanımağa məcbur etmir, lakin hər iki ölkədən bir-birinin rəsmi sənədlərini və simvollarını, o cümlədən pasport, diplom və avtomobil nömrələrini tanımasını tələb edir. Sazişdə Kosovonun ölkədə daha çox serblərin yaşadığı qəsəbələrdə özünüidarə hüququna malik olacaq “Serb Bələdiyyələr Birliyi” yaratması tələb olunur.

Tərəflər, həmçinin iki ölkə arasında 2011-ci ildə başlayan dialoq prosesində razılaşdırılan, lakin həyata keçirilə bilməyən bütün maddələrin icrasını tələb edirlər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90