Serbiya prezidenti Vuçiç orduya “hazır ol” ƏMRİ VERDİ

image-the-republic-of-serbia-as-a-militarily-neutral-countrybackend

 “Vuçiç orduya hazır olmağı əmr etdi. Ordu Kosovodakı vəziyyətlə əlaqədar hazırlıq vəziyyətindədir”.

Busaat.az xəbər verir ki, bu barədə Serbiyanın Müdafiə naziri Milos Vuçeviç yerli televiziya kanalında ölkəsi ilə Kosovo arasındakı problemlərə dair açıqlamalar verərkən qeyd edib.

Serbiyanın ciddi ölkə olduğunu və bu səbəbdən heç kimin “müharibə oyunları” oynamaması lazım olduğunu bildirən Vuçeviç ölkəsinin dialoq tərəfdarı olduğunu vurğulayıb.

Vuçeviç bəyan edib ki, ordu Ali Baş Komandan Vuçiçin əmri ilə Kosovo və Serbiyadakı serbləri qorumaq üçün istənilən əmri yerinə yetirməyə hazırdır.

Ölkəsinin sülh və sabitliyə dəstək verməsinin “zəiflik və qorxaqlıq” kimi qiymətləndirilməməsi lazım olduğunu qeyd edən serb nazir Serbiya ordusunun əvvəlkindən daha güclü olduğunu qeyd edib.

Kosovo-Serbiya gərginliyi

İyulun sonunda Kosovo hökuməti Serbiyaya qarşı bir sıra addımlar atıb. Belə ki, Kosova tərəfi “Kosovoya Serbiya şəxsiyyət vəsiqəsi ilə daxil olan/çıxan şəxslərə müvəqqəti bəyannamə blanklarının verilməsi”“Serbiya hakimiyyəti tərəfindən Kosovodakı serblərə verilən maşın nömrələrinin “RKS” (Kosovo Respublikası) lövhələrinə dəyişdirilməsi” ilə bağlı qərarların qüvvəyə minəcəyini açıqlayıb.

Kosovodakı serblər buna reaksiya verərək, ölkənin şimalındakı sərhəd keçidlərini bağlayıb və ölkədə gərginlik artıb. Kosovo hökuməti Serbiya ilə sərhəd qapılarına gedən yollara qurulan bütün barrikadaların götürülməsi şərti ilə böhrana səbəb olan qərarları sentyabrın 1-nə qədər təxirə salmaq qərarına gəlib.

Nəhayət, Kosovo tərəfi qanunsuz nömrələrin yenidən qeydiyyatı prosesinin 2023-cü ilin aprel ayına təxirə salındığını, bu nəqliyyat vasitələrinin sahiblərinə əvvəlcə xəbərdarlıq ediləcəyini, sonra cərimələnəcəyini açıqlayıb.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90