Məzmuna keç
  • Azeri Light113.45 $▼2.62%
  • Brent neft93.83 $▼9.36%
  • WTI neft87.11 $▼9.07%
  • Avropa qazı (TTF)85.03 €▼7.65%
  • Təbii qaz (ABŞ)2.946 $▲2.61%
  • Qızıl4 135 $▲4.25%
  • Gümüş53.12 $▲6.33%
  • Pambıq78.09 ¢▲1.04%
  • Buğda601.00 ¢▲1.31%
  • Bitcoin80 522 $▲0.23%
  • Ethereum2 428 $▲0.31%
  • S&P 5007 689▲1.59%
15°Bakı
  • USD1.7000
  • EUR1.9097▲0.0074
  • 100 RUB2.0796▼0.0147
  • GBP2.2881▲0.0087
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2543▼0.0005
  • GEL0.6548▼0.0004
  • 100 KZT0.3759▲0.0008
  • UAH0.0373▲0.0001
  • 100 JPY1.0771▲0.0004
  • CHF2.0832▲0.0056
  • USD1.7000
  • EUR1.9097▲0.0074
  • 100 RUB2.0796▼0.0147
  • GBP2.2881▲0.0087
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2543▼0.0005
  • GEL0.6548▼0.0004
  • 100 KZT0.3759▲0.0008
  • UAH0.0373▲0.0001
  • 100 JPY1.0771▲0.0004
  • CHF2.0832▲0.0056
Siyasət

“Sərhəd danışıqları bizim xəritələrlə aparılmalıdır, Müdafiə Nazirliyində saxlanılır…”

image-2020-09-22-19-13-25chyhv0asqly5coo0hald_file
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko MDB Parlamentlərarası Assambleyasının toplantısında iştirak etmək üçün Sankt-Peterburqa səfər edən Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşüb. virtualaz.org  Federasiya Şurasının rəsmi “senatinform.ru” portalına istinadən xəbər verir ki, Matviyenko Azərbaycanla Ermənistan arasında sərhədlərin demarkasiyasına və delimitasiyasına dair danışıqların başlaması zərurətini qeyd edib.

“Dağlıq Qarabağ regionunda hərbi əməliyyatların dayandırılmasına dair razılaşmanın imzalanmasından düz bir il keçir. Üç dövlətin (Azərbaycan, Ermənistan və Rusiya) rəhbərlərinin müdrikliyi çatdı ki, qan axıdılmasının dayandırılması naminə sənədi imzalasınlar və dinc dialoqa keçsinlər. Lakin danışıqlar prosesi ləng irəliləyir, buna görə də regionda gərginlik qalır”, – Rusiyanın ikinci şəxsi görüşdə bildirib.

Matviyenko vurğulayıb ki, bu gün əsas vəzifə sərhədlərin o cür müəyyən edilməsidir ki, tərəflərdən heç birinin döyüş əməliyyatlarını bərpa arzusu meydana çıxmasın.

“Rusiya bu işə öz köməyini təklif edib, nəzərə alaraq ki, sovet dövrü xəritələri ancaq bizdə, Müdafiə Nazirliyində saxlanılır. Onlar yoxlanılıb, dəqiqdir və Azərbaycanla Ermənistan arasında dəqiq sərhədləri müəyyən edir. Danışıqları ancaq bu xəritələr əsasında inamla aparmaq olar və Azərbaycanla Ermənistan bu yanaşmanı dəstəkləyir.  Anlayış və razılıq var, amma proses ləng gedir. Bunun da nəticəsində gərginlik yaranır”, – Federasiya Şurasının sədri belə deyib.

Sahibə Qafarova isə bildirib ki, Azərbaycan da Qarabağda sülhün və sabitliyin yaranmasına hədəflənib. Onun sözlərinə görə, regionda sülh yaranmadan bütün Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunması haqda danışmaq mümkün deyil.

“Biz görürük ki, dünya ictimaiyyəti necə genişlənir, bununla yanaşı biz başa düşürük ki, dar mənada indi bizim regionun heç bir ölkəsinin inkişafı barədə ayrılıqda danışmaq mümkün deyil-hökmən hansısa qarşılıqlı əlaqələr tələb olunur. Bütün bunları sülhün təmin edilməsi baş vermədən etmək mümkün deyil” , -Milli Məclisin sədri deyib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=64155