Məzmuna keç
24 Oktyabr 2026, Şənbə
Son dəqiqə
17°Bakı
  • USD1.7005
  • EUR1.9075
  • 100 RUB2.0866
  • GBP2.2757
  • TRY0.0343
  • AED0.4630
  • CNY0.2543
  • GEL0.6547
  • 100 KZT0.3793
  • UAH0.0377
  • 100 JPY1.0818
  • CHF2.0686
Dünya

Şimali Koreya ən azı 10 raket sınağı keçirib

image-ap22145325331200

Cənubi Koreya Baş Qərargahı Şimali Koreyanın ən azı 10 raket sınağı keçirdiyini elan edib.

Busaat.az xəbər verir ki, Cənubi Koreya Şimali Koreyanın təxribatlarına 3 raket sınağı ilə cavab verib.

Açıqlamada Wonsan da daxil olmaqla müxtəlif bölgələrdən atılan 10 raketin Şimali Koreyanın şərq və qərb bölgələrinə düşdüyü bildirilib.

Raketlərdən birinin iki ölkənin dəniz sərhədinin cənub tərəfinə düşdüyü bildirilib. Cənubi Koreya tərəfi bundan narahat olduğunu və sınaqların dözülməz olduğunu qeyd edib.

Baş Qərərgah açıqlamasında vurğulayıb ki, Koreya yarımadası Şimali və Cənubi Koreyaya bölündükdən sonar ilk dəfə bir Şimali Koreya raketi Cənubi Koreyanın dəniz sularına düşüb.

Cənubi Koreya Prezidenti Yoon Suk Yeol Milli Təhlükəsizlik əməkdaşları ilə bir araya gəlib və təxribatlara layiqli qarşılıq verilməsi üçün Şimali Koreyaya qarşı tədbirlərin görülməsini istəyib.

Busaat.az

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul