Bu gün Səhiyyə Nazirliyinin rəsmi “İnstagram” səhifəsində növbəti canlı yayım narkomaniya ilə mübarizə haqqında olacaq.
Busaat.az xəbər verir ki, canlı yayımın qonağı Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin direktoru Fəzail Sadıqovdur.
Yayım ərzində mövzu ilə bağlı sizi maraqlandıran sualları şərh bölməsinə qeyd edə və ya canlı yayımda Fəzail bəyə ünvanlaya bilərsiniz.