Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonu, Mirzəağa Əliyev küçəsində altımərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yanğın olması barədə ilkin məlumat daxil olub.
Busaat.az xəbər verir ki, bu barədə Modern.az-a FHN-dən bildirilib.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.