SON DƏQİQƏ! Daha bir hərbçimizin şəhid xəbəri gəldi

image-anar-nurullayev-1backend

Vətən müharibəsində itkin düşən müddətdən artıq hərbi qulluqçu, kiçik çavuş Anar Nurullayev Siyavuş oğlunun şəhid olduğu müəyyənləşib.

Busaat.az xəbər verir ki, bu barədə şəhidin əmisi Ziya Nurullayev məlumat verib.

Şəhidimizin nəşi bu gün Sabirabad rayonuna gətirilib və doğulduğu Osmanlı kəndində dəfn olunub.

Z. Nurullayevin sözlərinə görə, qardaşı oğlu müharibənin ilk günlərindən ön cəbhədə xidmət edib. Goranboy istiqamətində döyüşlərdə iştirak edən hərbçidən sentyabrın 30-dan bəri xəbər olmayıb. Şəhidin kimliyinin müəyyənləşdirilməsi üçün ailəsindən DNT analizi götürülmüşdü.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki