“Sosial şəbəkələrdə yayılan görüntülərə ciddi baxılacaq”

image-mubariz_penahov_23775661488804026backend

“Sosial şəbəkələrdə seçki prosesində qanun pozuntusuna yol verilməsi ilə bağlı 508 görüntü yayılıb”.

Busaat.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.

MSK sədri qeyd edib ki, sözügedən 508 görüntü 25 dairənin 49 məntəqəsini əhatə edir: “Görüntülərdə məntəqələrin adları qeyd olunmayıb. Amma sosial şəbəkələrdə yayılan görüntülərə ciddi şəkildə baxılacaq. Komissiya görüntüləri izləyir və yekdil fikir qəbul ediləcək”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki