Sual oluna bilər ki, torpağı kim satdı?Bunu biz etdik, yəni bütün erməni xalqı – Arayik Arutyunyan

Sual oluna bilər ki, torpağı kim satdı?Bunu biz etdik, yəni bütün erməni xalqı – Arayik Arutyunyanbackend

“Şuşa da daxil olmaqla digər ərazilərin əldən verilməsində günahkar axtarmaq istəyənlərə bəzi xatılatmalar etmək istəyirəm. 3 oktyabrda düşmən Talışı tutub Madagizə (Suqovuşan nəzərdə tutulur – red) çatanda  bütün şimal üçün bir təhlükə yarandı. Təhlükənin ilk simptomlarını görən erməni xalqı nəyə görəsə susdu. Ancaq məhz o gün orduda ilk çaxnaşma yarandı. Ordunun geri çəkilməsi də səbəbsiz deyildi. Çünki ordunun təchizatı lazımi səviyyədə deyildi”.

Busaat.az xəbər verir ki, bu fikirləri qondarma respublikanın rəhbəri Arayik Arutyunyan Facebook-la müraciətində söyləyib. O, daha sonra bunları deyib: “Mən o vaxt hərbçilərlə dedim ki, gəlin mən də sizə qoşulum, Talışı, Madagizi geri almaq üçün vuruşaq. Amma əsgərlər məni eşitmədi. Döyüşməkdən imtina etdilər. Əslində mən əsgərləri başa düşürdüm. Azərbaycanla bizim imkanlarımız qətiyyən uyğun deyildi. Bu, mənim yox, mütəxəssislərin fikridir. Müharibəni qazanmaq üçün 80-100 min insanı səfərbər etmək lazım idi. Bu resurs isə Qarabağda yox idi”.

Arutyunyan daha sonra deyib: “Sual oluna bilər ki, torpağı kim satdı? Mən də deyirəm ki, bunu biz etdik, yəni bütün erməni xalqı. 18-20 yaşlı uşaqlarımıza xəyanət etdik. Bilə-bilə onları ölümə göndərdik. Bu gün xain axtaran siyasətçilər, mitinq iştirakçıları yaxşı olar ki, əvvəlcə yaxınlarının və qohumlarının müharibədə iştirakı barədə məlumat versinlər, sonra ittiham etsinlər”.

Onun sözlərinə görə, əsas problemlərdən biri də maddi-texniki bazanın qeyri-bərabərliyi idi: “PUA-lar sahəsində ciddi çatışmazlıqlarımız vardı. Düşmən bu sahədə müqayisə olunmayacaq qədər güclü idi. PUA-lara qarşı biz 18 yaşlı gəncləri çıxardıq. Amma əsas problem əli yalın döyüşən əsgərlərin ön cəbhədə tək qalmaları idi. Sonda onların mühasirəyə alınması təhlükəsi yarandı və bu səbəbdən də sülh müqaviləsi imzalandı”.

Arutyunyan müraciətinin sonunda Artsax (Qarabağ-red) sakinlərini Yerevandakı etiraz aksiyalarında iştirak etməməyə çağırdı. “Siyasi intriqalara qarışmayın”, – deyən Arutyunyan bütün bunları təxribat adlandırdı.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki