
Sudanda qəbilə qarşıdurması nəticəsində onlarla insan öldü
Sudanın qərbindəki Darfur bölgəsində ərəb və afrikalı qəbilələr arasında baş verən toqquşmalarda onlarla insan həlak olub.
Busaat.az xarici mediaya istinadən xəbər verir ki, bir evə mərminin düşməsi nəticəsində 3 qadın həyatını itirib, 6 nəfər isə yaralanıb.
Qeyd edək ki, aprelin ortalarında Sudan ordusu ilə Çevik Dəstək Qüvvələri (HDK) arasında başlayan vətəndaş müharibəsi səbəbilə ilə bölgədə etnik zəmində zorakılıqlar daha da artıb.






















