Məzmuna keç
24 Oktyabr 2026, Şənbə
  • Azeri Light126.59 $▲3.80%
  • Brent neft111.70 $▼1.66%
  • WTI neft103.27 $▲3.28%
  • Avropa qazı (TTF)93.85 €▲3.93%
  • Təbii qaz (ABŞ)3.050 $▲11.48%
  • Qızıl4 008 $▼0.55%
  • Gümüş53.95 $▼0.02%
  • Pambıq80.31 ¢▼0.88%
  • Buğda625.00 ¢▼0.60%
  • Bitcoin80 574 $▼0.62%
  • Ethereum2 363 $▼0.91%
  • S&P 5007 624▼0.52%
18°Bakı
  • USD1.7003▼0.0002
  • EUR1.9059▼0.0016
  • 100 RUB2.0981▲0.0115
  • GBP2.2753▼0.0004
  • TRY0.0342▼0.0001
  • AED0.4630
  • CNY0.2544▲0.0001
  • GEL0.6547
  • 100 KZT0.3774▼0.0019
  • UAH0.0376▼0.0001
  • 100 JPY1.0829▲0.0011
  • CHF2.0663▼0.0023
  • USD1.7003▼0.0002
  • EUR1.9059▼0.0016
  • 100 RUB2.0981▲0.0115
  • GBP2.2753▼0.0004
  • TRY0.0342▼0.0001
  • AED0.4630
  • CNY0.2544▲0.0001
  • GEL0.6547
  • 100 KZT0.3774▼0.0019
  • UAH0.0376▼0.0001
  • 100 JPY1.0829▲0.0011
  • CHF2.0663▼0.0023
Sağlamlıq

Sümük xərçəngi hüceyrələrinin effektiv məhvi üsulunu kəşf edildi

image-hekim

ABŞ-ın Vaşinqton Universitetinin alimləri müəyyən ediblər ki, dezinfeksiyaedici xlorheksid qlükonat sümük şişlərinin cərrahi müalicəsi zamanı xərçəng hüceyrələrini öldürməkdə təsirli olur.

Busaat.az xəbər verir ki, tədqiqat “The Journal of Bone & Joint Surgery” jurnalında dərc olunub.

Alimlər əməliyyatdan sonra nəhəng hüceyrəli şişləri aradan qaldırmaq üçün istifadə edilən bir neçə məhlulun, o cümlədən etanol, povidon-yod, hidrogen peroksid və steril suların effektivliyini qiymətləndiriblər. Məlum olub ki, xlorheksid qlükonatın 0,05 %-li məhlulu çox effektlidir və müalicə müddəti (iki və ya beş dəqiqə) onun xərçəng hüceyrələrinə toksikliyinə təsir etmir.

Sümük xərçəngi olan bəzi xəstələr intralezyonel küretaj adlanan cərrahi əməliyyatdan keçirlər. Bu prosedur zamanı, mümkün qədər çox sağlam sümük qorunur, şiş əzilir. Əməliyyatın sonunda, təsirə məruz qalmış nahiyə, qalan xərçəng hüceyrələrini öldürmək üçün kimyəvi məhlul ilə müalicə olunur. Bu, şişin təkrarlanmasının qarşısını almaq üçün lazımdır.

Xlorheksidin geniş istifadə olunan, ucuz və bir çox tədqiqatlarda təhlükəsiz olduğu sübut edilmiş tanınmış dezinfeksiyaedicidir. Tədqiqatçılar əlavə araşdırmalara ehtiyac olduğunu vurğulayıblar./Report/

Xəbərləri ilk sən oxu — Telegram kanalımıza qoşulQoşul