Suriyada PKK-nın rəhbərlərindən biri öldürülüb

image-54ba5a8f-da53-3cba-ad77-1a48ebddd3f8_850backend
image-ad_qayo_720x110px

Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) Suriyada yeni əməliyyat keçirib.

Busaat.az “TRT Haber”ə istinadən xəbər verir ki, əməliyyat nəticəsində PKK/YPG terror təşkilatının Ayn Əl- Ərəb bölgəsi üzrə kəşfiyyat rəhbəri Mahmud Ağca öldürülüb.

Məlumata görə, o, 2015-ci ildə Türkiyədə baş tutan terror aktlarının əsas təşkilatçılarından olub. M.Ağca həmin terror aktları üçün Suriyadan partlayıcı maddə və terrorçu təminatını həyata keçirib.

Məlumat üçün bildirək ki, 2015-ci il ərzində Türkiyənin müxtəlif şəhərlərində ümumilikdə səkkiz terror aktı törədilib. Nəticədə ümumilikdə 550-ə yaxın adam ölüb.

O, 2006-cı ildən PKK/YPG terror təşkilatında fəaliyyət göstərdiyi bildirilir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki