Suriyada yeni baş nazir TƏYİN EDİLDİ

image-1733835656_besirjpg-1733836519backend

Suriyada müvəqqəti hökumətə yeni rəhbər təyin edilib.

Busaat.az xəbər verir ki, sözügedən vəzifəyə “Həyat Təhrir əl-Şam” qruplaşmasının lideri Əbu Məhəmməd əl-Culaninin müttəfiqi Məhəmməd əl-Bəşir gətirilib.

O, keçid hökumətinin prioritetlərinin “təhlükəsizlik sektorunda nəzarət, xidmətlərin göstərilməsi və hakimiyyətin mərhələli keçidinin təmin edilməsi” olduğunu bildirib.

Məhəmməd əl-Bəşir İdlib əyalətini idarə edən Suriya Xilas Hökuməti adlanan quruma rəhbərlik edib.

“Bizə 2025-ci il martın 1-dək Suriya hökumətinin işlərini idarə etmək tapşırılıb”, – Məhəmməd əl-Bəşir müraciətində bildirib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki